Reklam verin!

Yolayrıcı

Yazar: Yolchu @ Noyabr 23, 2007 3:35

Əziz dostlar,

Buna qədər bloqda yazılan bütün ismarışlar və ya postlar əsasən giriş xarakterli olub, bir sıra stereotiplərə və teoloji ittihamlara münasibət açıqlamaq (apologetik aspekt) və eləcə də məsihilik/isəvilik/xristianlıq/məsih inancı haqqında bir sıra elementar bilgilər vermək məqsədi güdürdü.

Bundan sonrakı yazılarda isə bilavasitə məsihiyyət (daha çox iranda işlədilir bu söz) haqqında məlumatlar verməyə çalışacağıq.

Vaxtınız, həvəsiniz və marağınız varsa, lütfən bloqda keçirdiyimiz sorğuya  qatılın, cavab verin və həm sizin, həm də bizim maraqlarımız daxilində olan, öyrədici bloq hazırlanmasında bizə məsləhət edin. (suallarla tanış olmaq üçün sağ sütuna diqqət yetirin). 


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 170
Açar sözlər: sual məsləhət məsihiyyət 
Bookmark and Share

Başlanğıcdakı söz

Yazar: Yolchu @ Noyabr 5, 2007 7:27

Hamıya salam,

Birbaşa mətləbə keçək: heç bir dəfə də olsa ömrünüzdə düşünümüsünüz ki, niyə Qurani-Kərim Xristianlığa və ya başqa sözlə deyilsə Məsihiliyə bu qədər diqqət ayırır - bütpərəstliyə nisbətən? Heç fikirləşmisiniz mi nə üçün Azərbaycanda məscidlərdən daha qədim kilisələr vardır? Bircə dəfə də olsa Naxçıvanın quru çöllərində böyrüüstə yıxılmış daş xaçların ermənilərə yoxsa, bizə, daha doğrusu sizə aid olması ehtimalı haqqında baş sındırmısınız? 

Hə? Elə isə xoş gəldiniz. Bunların cavablarını burda tam tapmasanız da, hər halda birlikdə biz bu cavablara ipucu tapa bilərik. Həmin ip(ucu) ki Yaradan ona bərk-bərk sarılmağı təklif edir...     


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 77
Açar sözlər: maraq məsihilik sual 
Bookmark and Share

  Yazılar cəmi: 2