Pastoral düşüncələr
Yazar: Yolchu @ İyun 25, 2008 18:23Bir dindarın özünə və inancına ilişgin yol verə biləcəyi ən önəmli səhvlərin bəzilərini cilallanmamış şəkildə bloqa yerləşdirirəm. Yeri gəlmişkən, pastoral sözünün nəyə istinad etdiyini lütfən özünüz müəyyənləşdirin. Geniş mənası var və bir az əziyyət çəkib axtarsanız bu barədə maraqlı yazılar tapacaqsanız.
1. Dindarlığından dolayı, özünü Yaradana hamıdan və ya bir çoxlarından yaxın görmək.
2. Dindar olub kilisəyə və məscidə getməsindən ibadət etməsidən və ya namaz qılmasından dolayı başqalarını və onların dinə münasibətini açıq, aqressiv və kateqorial şəkildə mühakimə etmək.

