Reklam verin!

  

   

  

    Heç diqqət etmisinizmi İsa Məsihə istinad etmək və ya onu müəyyən şəkildə xatırlatmaq necə də artıb bizim mətbuatda? Artıq ona həsr olunan şeirlər də var – mən özümdən danışmıram, söhbət ya sekulyar və dinlə məşğul olmayan, ya müsəlman ya da ateist və s. və ia şəxslərinn şeirlərindən gedir. Bu gün məsələn kult.az-da Əsəd Cahangirin öz yazısında İsa Məsihi xatırlatmasına rastladım. Bir neçə həftə bundan əvvəl Cavidan öz bloqundakı şeirində, Nəsimidən və İncildən (Məsihdən) alıntıları bir araya gətirmişdi. Daha öncə də Elmin Həsənlinin İsa Məsihdən, xəyatəndən bəhs edən (daha doğrusu bunları da içinə alan) şeirini oxuduğumu xatırlayıram. Bir dəfə də Xaqani Hasın bir məqaləsində - deyəsən sekulyarizmdən bəhs edirdi - İsa Məsihə istinad edilmişdi. Bunlar əlüstü xatırlaya bildiklərimdir. Bir az dərinə gedən əminəm ki, daha çox misal tapar.

 Beləliklə, İsa Məsih, özü də xristian mövqeyindən anlaşılan İsa Məsih, mətbuatımızda yavaş-yavaş boy göstərir.

Davamı...


Bölməsiz | Şərhlər(2)
Baxış sayı: 63
Açar sözlər: isa məsih mətbuat azərbaycan 
Bookmark and Share

Məsihin çörəyi

Yazar: Yolchu @ Yanvar 29, 2008 18:46

Bu Söz ilğımı Məsih İnancında önəmli yer tutan çörəkkəsmə ayininə həsr olunub. Bu ayinlərə bir sıra dillərdə sakrament deyilir. Öz dilimizdə bu qavramı (sacrament - ayin?) dolğun ifadə edəcək sözü hələ ki tapa bilməmişəm.

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 72
Açar sözlər: məsih yuxu euxarist anlatım 
Bookmark and Share

İsa - Məsih inancının kökündə duran insanın adıdır. Məsih İnancı İsa Məsihin özünün, həyatının və öyrətdiklərinin şərhi əsasında yaranmışdır. İsa Yaradanı bizə öz əməllərində və həyatında, qısacası özündə tanıdan birisinin adıdır. Bu ad əsasən Quranda, İslamda və Məsihiliyi sonradan qəbul etmiş islam kökənli məsihilərin arasında işlədilir. Hərfi mənası Kenneth Cragg-in yazdığına görən tam aydın deyil. Daha doğrusu İsa sözünün hardan gəlməsi tam olaraq aydın deyil. Bununla yanaşı bəzi izahlara görə bu sözün ibranicədəki əslinin dəyişikliyə uğramış şəkli də ola bilər.  

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 108
Açar sözlər: izah sözlər məsih yeşaya meşşiax 
Bookmark and Share

Əruzda Ol Söz

Yazar: Yolchu @ Noyabr 26, 2007 2:54

Ulduzu doğdu onun, o gecə oldu çırağban

Təbiət kükrəyibən söylədi ki, gəldi o pünhan.

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 123
Açar sözlər: əruz söz məsih sənət metafor 
Bookmark and Share

Teo-SUfİstika

Yazar: Yolchu @ Noyabr 14, 2007 1:44

"Ver sözə ehya ki, tutduqça səni xabi - əcəl,
Eylər hər saət səni ol uyğudan bidar söz"

Əruzun ağır bəhrlərindən birində yazılmış bu beyt Məhəmməd Füzuliyə məxsusdu. Bu aşağıdakı cümlə isə ona deyil, həvari Yühənnaya məxsusdur:

"Başlanğıcda Söz var idi. Söz Tanrıylaydı və Söz Allahdı" (Yühənna 1:1).

Tərcümədə əruzun ahənginə malik olmasa da, qədim yunancada şer kimi axıcılığa və daxili ahəngə malik olan bu cümləni əsrlərcə sonra yazıb-yaradan Füzulinin beyti ilə məhz bu daxili ahəng birləşdirir. Lakin bu daxili ahəngi anlamaq üçün, sadəcə azəricəni və ya qədim yunancanı bilmək yetməz, əruzun fərqli bəhrlərində ahəngi sözə vuran oxunuş qaydalarıyla və qədim yunan mədəniyyətindəki ritorik vasitələrlə tanışlıq lazımdır. Bununla belə, həm bir azərinin, həm də bir yunanın Yuhənnadan və Füzulidən ən azından tərcümədə anlaya biləcəyi bir bağ var ortada: o da sözdür. Onların hər ikisi söz vasitəsilə sözdən bəhs edir. Tərcümə də elə sözdur. Sözü sözdə anlamaq universaldır. 

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 164
Açar sözlər: söz isa məsih sevgi beyt 
Bookmark and Share

  Yazılar cəmi: 5