Teologiya və Kəlam: bəzi düşüncələr
Yazar: Yolchu @ Fevral 3, 2008 22:55Teologiya indi qəzet və jurnallarda ara-sıra İslam haqqında yazan islam ilahiyyatçılarının işlətdiyi söz olsa da onu özünü - əgər teologiyanı özünün klassik şəklində başa düşsək - İslama bir qədər yad anlayışdır. Teologiya müasir dövrdə və bir qədər geniş olaraq Yaradan-insan-dünya, ruhilik haqqında söhbət və ümumiyyətlə emosional, psixi komponentləri olan məşğuliyyət, diskurs kimi başa düşülür. Bu mənada, teologiya bir çox dinlərdə, tam din olmayan fəlsəfi-ruhi sistemlərdə (Taoism, Buddizm və s) özünün ekvivalentinə malikdir. İslamda bunun ekvivalenti, yəni başqa sözlə geniş mənada teologiyanın qarşılığı, həmin funksiyanı yerinə yetirən sistem, İslam fiqhi və kəlamdır. Lakin klassik teologiyaya bənzər İslamda bir sistem yumşaq desək zəifdir.


