Reklam verin!

   

      

    Bəs elə isə, İslam Məsihilikdən nə öyrənə bilər? İslamın Məsihilikdən öyrənəcəyi çox şey vardır. Biri elə götürək sekulyarizm, xüsusən də onun radikal və hər cür dini həyasızcasına və kökündən, heç bir güzəşt yeri qoymadan rədd edən formalarına necə və niyə reaksiya vermək məsələsini. Sekulyarizmin radikal şəkilləri eynilə dinin radikal formaları kimidir. Radikal sekulyarizm dini və bəşər övladının müqəddəslik təcrübəsini, anlam yaratma, anlam vermə və varlığın transsendental ölçüləri ilə münasibətə girmə təcrübəsini məhv edir.

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 80
Açar sözlər: islam məsihilik müqayisə 
Bookmark and Share

   

    

       Bu sual yəqin ki, bir çox müsəlmanlarda xüsusən də təkəbbürlülərində bir ağızbüzməyə səbəb olacaq. Onlara görə, “əsli pozulmuş”, “insanların tərk etdiyi din” İslama nə verə bilər ki? Ancaq məsələ göründüyü qədər əlüstü həll olunacaq haqq-hesab deyil. Bu essemdə mən əsaslandırmağa çalışacağam ki, İslamın əslində Məsihilikdən öyrənə biləcəyi çox şey var.Niyə İslamın Məsihilikdən öyrənəcəyi çox şey var və ümumiyyətlə buna ehtiyac varmı?

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 75
Açar sözlər: islam məsihilik müqayisə yararlanma 
Bookmark and Share

Təhrif və bukvoyedlik

Yazar: Yolchu @ Noyabr 21, 2007 8:16

İslamın Məsihiliyə qarşı ortaya qoyduğu və demək olar ki, ən güclü deyə biləcəyim arqumenti məhz təhrifdir. Məsih inancı və kitabı islama görə təhrif olunmuşdur yəni ki, Məsih inancının kökündə duran kitabı – Bibliyanı – dəyişdiriblər, oraya çoxlu əlavələr edilib, bəzi şeyləri çıxarıblar və buna görə də bütövlükdə Məsihilik özü təhrif olunmuşdur. Bibliyanın təhrif olunmuşluğu Qurani-Kərimdə çox istifadə edilir. Yəhudi və Məsihilərin yazıları tamah və ya qısqanclıq niyyəti ilə dəyişməsindən danışır Quran. Bir sıra Məsih təlimlərinin tənqidi də dolayı yolla təhrif ideyası ilə bağlıdır. Məsələn, Qurani-Kərim Bibliyanın, İsanın Yaradandan gələn önəmli kitab, peyğəmbər olduğunu qəbul etsə də Müqəddəs Üçbir təlimini, İsanın ilahiliyi təlimini və s yalan olaraqdan tənqid edir. Onlar ona görə yalan hesab edilir ki əski Əhd və Yeni Əhd dəyişdirilmişdir və bunlar da bu dəyişikliklərin nəticəsi həmin kitablara daxil edilib. Buna baxmayaraq belə, Qurani-Kərim Məsihilərlə müsəlmanlar arasında oxşar inanclara da diqqət çəkir bir sıra yerlərdə isə bu inancın yaxınlığını öz xeyrinə istifadə edir yəni bu oxşarlıqlar Quranın ilahiliyinin sübutu və s. kimi istifadə edilir. Bu o deməkdir ki, Qurani-Kərim Məsihilik və yəhudiliklə oxşar ideyalarını ilahi mənşəli elan edir, fərqli ideya və təlimlərə gəldikdə isə özündəki fərqi haqlı, ilahi mənşəli və doğru, məsihilik və yəhudilikdəki fərqi isə bir çox hallarda yalan, dəyişdirilmiş və gerçəyə uyğun olmayan elan edir.

Bu çox maraqlı və tarix boyu rast gəlinən müdafiə strategiyasıdır. İslam bunu Məsihiliyə qarşı edir və bu da başadüşüləndir. Qurani-Kərimi vərəqləsəniz bunun bol-bol şahidi olacaqsınız. Məsihi və yəhudilərlə bağlı ayələr - və bunların bir çoxu həm də teoloji məsələlərlə, söhbətlərə verilən reaksiyanı xatırladır – bunu sübut edir ki, Qurani-Kərim bu dinlərlə dialoqda, onlara rəqib olaraq ortaya gəlmişdir, onlarla dil tapmağa bir yerə qədər cəhd etmişdir. Sonucda isə məhz bu strategiyanı istifadə edərəkdən özünü haqlı, özündən öncəkiləri isə onunla razılaşmayan məsələlərdə haqsız elan edir: Bibliya Allahın təkliyini öyrətdiyi qədər Qurana uyğundur, elə ki üçlük ortaya çıxdı, olur yanlış. İsa Məsihin peyğəmbərliyi məsələsində Quran Bibliya ilə razılaşır, ancaq İsanın çarmıxa gərilməsi məsələsində onu yalan elan edir. Bu yalanlar, dəyişikliklər ona görədir ki, Məsihilik islama görə təhrif olunub. Göründüyü kimi, təhrif islam üçün çox önəmlidir.

Bu doğrudanmı belədir? Doğrudurmu ki, Məsihilik təhrif olunub?     

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 122
Açar sözlər: təhrif təlim islam məsihilik dəyişiklik 
Bookmark and Share

Şərikli Söz

Yazar: Yolchu @ Noyabr 19, 2007 22:00

Yəqin xəbəriniz var, dünyanın müxtəlif ölkələrindən müsəlman din xadimləri, alimləri bir araya gələrəkdən Məsih inancının din adamlarına açıq məktub yazmışlar. Bu məktubun rəsmi saytı ilə onu imzalayanlarla tanış olun. Bizim Şeyxülislamın da imzası var orda. Məktubun adı hərfi tərcümədə “bizimlə sizin aranızdakı söz”dür və Bibliya ilə Quranın ortaq yönlərini vurğulayaraqdan yer kürəsində sülh-sabitlik, əmin-amanlıq üçün dünyanın bu iki ən böyük dini arasında barışın vacibliyindən bəhs edir. Müəlliflər Quran və Bibliyadan sitat gətirməklə göstərməyə çalışırlar ki, həm Məsihilikdə, həm də İslamda önəmli olan Allahı sevmək, qonşunu sevmək və Allahın təkliyidir.

 

Məncə bu məktub, əslində müsəlman və məsihilərin bir sözə şərik olmasından bəhs edir. O Söz ki, nə Qurana, nə də Bibliyaya sığacaq qədər bəsit deyil, ondan daha çoxdur, daha mürəkkəbdir, daha incədir və dahiyanə sadədir. Önəmli olan bu şərikli sözü qorumaqda, yaymaqda və gələcəyə ötürməkdə biri-birinin ayağını tapdalamamaqdır.

Məktubu oxumaq üçün keçidlər bölməsindən "...ortaq söz"-ə daxil olun


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 123
Açar sözlər: məktub islam alim məsihi 
Bookmark and Share

  Yazılar cəmi: 4