Reklam verin!

Teollah - 2

Yazar: Yolchu @ May 17, 2008 6:02

Lakin Quran özü həm Xristianların, həm də müsəlmanların eyni bir Allaha inandığını əsas gətirərəkdən onları belə demək mümkünsə biri-birinin bostanına daş atmamağa dəvət edir.  Bu azmış kimi, hər nə qədər Allah və Teos fərqli görünsə də onları yaxınlaşdıran əlamətlər də var. Xristianlıqdakı klassik teizmə dayanan Allah təlimi, İslamdakı Allah təliminə yaxındır və İlahinin tək, bənzərsiz, münəzzəh və s. və ia olduğunu anladır. Bundan başqa həm İslam, həm də Xristianlıq İlahinin bizim anladığımıza sığmadığını və bilgilərimizin hər nə qədər vəhyə dayansa da qeyri-mükəmməl olduğunu qəbul edir.

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 104
Açar sözlər: allah ilahi tanrı teos teollah 
Bookmark and Share

Teollah-1

Yazar: Yolchu @ May 10, 2008 21:51

Teos yunanca ilahi, deməkdir. Bizim dilə Allah kimi də tərcümə oluna bilər. Xristian teologiyasında bu söz uzun tarixə malik olub, Yaradanı anlatmaq üçün işlədilən sözdür. Allah ərəbcədə əl-(i)lah yəni ilahi deməkdir. Bu sözün də islamda özünəməxsus tarixi var və bütün varlığı var edənin adıdır.

Ara-sıra istər xristianlar, istərsə də müsəlmanlar arasında islamdakı Allah sözünün xristianlıqdakı Fövqəltəbii Qütbü – Tanrını (Allahı?) anlatmaq üçün istifadə edilməsinin arzuolunan olması və ya olmaması haqda fikirlərə rast gəlirəm. Bəzilərinə görə Allah sözü Xristianların ilahisi üçün işlədilməməlidir. Bəziləri isə əksinə bunun yolverilən olduğunu qəbul edir. Bəzi dövlətlərdə bu məsələ sadəcə dindarların müzakirə haqq-hesabı deyil, daha önəmlidir və birbaşa dövlət müdaxiləsi ilə yoluna qoyulmuşdur. Məsələn, Malayziyada xristianların Allah sözünü özlərinin ilahi deyə səcdə etdiyi Bir üçün işlətmələri qadağandır. Hətta iş o yerə gəlib çatıb ki, xristianlar dövləti bu sözü işlətmək haqqından dolayı məhkəməyə veriblər. Bir müddət bundan öncə xəbərlərdə bu barədə oxudum və elə o vaxtdan da fikrimi məşğul edir.

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 122
Açar sözlər: teos ilahi söz ad işlətmə 
Bookmark and Share

İlahi Surətində yaradılmaq həm də, səni Müqəddəs Üçlüklə əsrarəngiz münasibətə dəvət edir. Məsihilik İlahinin tək olduğunu və bu təkliyin üç şəxsdə\vahiddə açıqlandığını öyrədir. Bu təklik-üçlük qavramını insan münasibətlərinə də tətbiq etmək olar.

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 112
Açar sözlər: üçlük insani ilahi 
Bookmark and Share

İnsan Bibliyaya görə İlahinin surətində yaradılıb. İlahinin bənzərində yaradılmış insan üçün və xüsusən də bir məsihi üçün bu nə deməkdir? Məncə çox şey. Bu yazımda sadəcə İlahi surətində yaradılmışlığın Müqəddəs Üçlüklə və insanın güncəl münasibətləri üçün əhəmiyyətindən bəhs etməyə çalışacağam.

İlahinin surətində yaradılmışlığın nə olmasını kimsə bəlli-başlı bilmir. Bəlli-başlı bilinən budur ki, bizimlə İlahi arasında insanın bir varlıq kimi özəlliklərində əks olunan, ona dayanan əlaqə var və bu əlaqə də İnsanın İlahiylə hər nə cürsə oxşarlığından qaynaqlanır. Bu İlahini insaniləşdirir və bəşəriləşdirir. Lakin bu şaşırdıcı iddia və dərin simvol olan İlahi ideya Allahı kiçiltmir. O, insanı İlahiyə yaxınlaşdırır. Allahla onun yaratdığı insan arasında hər nə qədər bənzərlik olsa da belə, bu bənzərliyin İlahinin bütün özəlliklərini, varlığını açdığını iddia etmək də doğru olmazdı. Bibliya İlahinin həm də insana bənzər olmadığını, onun insandan fərqli tərəflərini anladır. İlahi insan kimi materiyaya hopmamışdır. İlahi hər şeyə qadirdir və hər kəsin ürəyini bilir. İlahi bütün yaradılışın yaradıcısı, sahibi və ağasıdır. Lakin məni bu halda maraqlandıran İlahini insandan ayıran deyil, Onu insana yaxınlaşdırandır.

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 116
Açar sözlər: üçlük surət ilahi insani 
Bookmark and Share

Tapmacalı qəzəl

Yazar: Yolchu @ Yanvar 14, 2008 22:25

Aşağıdakı qəzəl Məsih inancının bir sıra qavramlarını şerin dili ilə ifadə etməyə çalışır. Onu zahirən anlamaq üçün Məsih inancını bilmənizə ehtiyac yoxdur, lakin onun daxilindəki yanğını görmək üçün Məsih inancının heç olmazsa bəzi anlayışlarını bilməniz sizə yardım edərdi. Bir növ tapmacaya bənzədirəm bu qəzəli. Cavabını Əhdi Cədid kitablarında taparsınız, əgər vaxtınız və həvəsiniz dərinə getməyə dəvət edirsə sizi. Ancaq məndən bir ipucu. Məsələn, mey xanəsi, yəni mey içilən ev, xanə, öz mövcudluğuna qan badəsinin dolduğu yerdə son verir. Qan badəsi İsa Məsihin həvariləri ilə birgə son yeməyinə və həmin yemək zamanı da şərab badəsini doldurub, onu öz qanıyla yoğrulmuş Yeni Əhdə bənzətməsini anladır. Şərab evi – meyxanə, həmin şərabın, qana döndüyü yerdə və badədə, Yerusalimdə və İsa Məsihin öz qanına bənzətdiyi şərab badəsində Yeni Əhdi gətirdiyi zaman yerə çökür, xərabata çevrilir. Niyə? Bunu siz tapın.Və ya başqa misal: Məsihin bizim hər birimizdə parəsi var, çünki biz Məsih yolunda olanlar ondan öyrənir, onun yoluyla getməyə can atırıq. Biz Məsih düşüncəsində beynimizi bu dünyanın eqoizmindən, mənafebazlığından, çirk və pasından yumağa çalışırıq. Məsihin məndə olması mənim Özümü Məsihdə əritmir yox etmir, çünki mən həm Özümdən, həm də Məsihdən xəbərdaram. Mən və Məsih iki varlığıq. Lakin mən Rəbbin Ruhunu da istəyirəm. Onun gəlişiylə bizim varlıq dövrəmiz qapanır, biz Rəbbi yaşayırıq, biz Üçləşirik. Və bu üçləşmədə biz BİRləşirik, çünki biz əzəldən birik. Bu birliyə, təkliyə ayılmaq lazımdır. Gerisini özünüz yozun.

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 134
Açar sözlər: qəzəl tapmaca məsihilik ilahi 
Bookmark and Share

Məzmurlardan bir nəfəs

Yazar: Yolchu @ Yanvar 6, 2008 0:16

“...Sənə yalvarıram ya Rəbb,

 

Qulaq ver səsimə,

 

Lütfən cavab ver mənə!

 

Ürəyimdən bir səs duydum,

 

“Üzümü ara” dedin.

 

Budur, üzünü arayıram Ya Rəbb.

 

Üzünü məndən gizləmə,

 Qulunu qəzəblə geri çevirmə...”

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 147
Açar sözlər: şeir məzmur psalm tərcümə ilahi 
Bookmark and Share

İnsanın nağılı

Yazar: Yolchu @ Dekabr 28, 2007 8:38

İnsanın içində, onun varlığının dibində və ya qəlbinin bir küncündə nə var görəsən? Sadəcə ət? Bədənin daxili orqanları? Bunlardan bütün canlılarda var. İnsanın başqa canlılardan kəskin fərqlərə malik olduğunu söylərsəm, yəqin təzə Azərbaycan kəşf etmiş olmaram. Bəs onu fərqləndirən nədir? Ağıl? Ola bilər. Başqa? Bilmirəm. Ancaq mən bunu bilirəm ki, insanı başqa canlılardan hər nə fərqləndirirsə, həmin fərq həm də insanın qiymətini ərsəyə gətirir, onun ziynətini ortaya çıxarır. Həmin fərq insanın bir varlıq kimi dəyərini yaradır və insanı dəyərli edir. İnsanın dəyəri onun həmin fərqindən qaynaqlanır. Bibliya insanı dəyərli edən həmin bu fərqi, özəlliyi bir müsəlman üçün küfr sayıla biləcək bir şəkildə ortaya qoyur. Həmin bu fərq bizi həm yüksəldir, həm də bizim üzərimizə sorumluluq qoyur. Nədir insanı dəyərli edən, onu başqa canlılardan fərqləndirən və ümumiyyətlə insanı insan edən həmin bu fərq?

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 131
Açar sözlər: insan ilahi kimlik bənzərlik 
Bookmark and Share

Adsız hiss

Yazar: Yolchu @ Dekabr 21, 2007 5:06

Sus,

Rəbbin hüzurunda

Durma onun önündə

Yalançı qürurunda

Sus! 

Gəl,

Onun eşqindən,

Yanıb-tutuşub

Qorxma qəzəbindən,

Gəl!

 Öl,

Məsihin qanında

Diril

 Ölüm anında

Ol! 

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 144
Açar sözlər: şeir hiss adsız ilahi əlaqə 
Bookmark and Share

  Yazılar cəmi: 8