Azərbaycanda dinlər: çoxluq hər zamanmı p-xluqdur? - 3
Yazar: Yolchu @ İyul 12, 2008 18:14Dinlərin çoxluğunun mənfi tərəfləri də var (baxır hansı mövqedən yanaşırıq). Məsələn, Azərbaycan kimi ənənəviçi, milli “urra” birliyinin önəmli olduğu, müxtəlifliyi rejim və hökumət üçün təhlükə görən, dövlətçiliyin cəmiyyətdəki fərqli sferalarda (din də bunların arasındadır) monoton birlik hesabına saxlandığı və gəlişdirildiyi məkanlarda dinlərin çoxluğu, milli kimlik və birlik üçün təhlükə görülür. Sözsüz, azərbaycanlılarının hamısının müsəlmançılığı, bir dində olmaları, onların bir qisminin isəvi olması zamanı yarana biləcək problemlərdən yan keçməyə fürsət verir. Məsələn, deyək ki indi islam milli-dövləti kimlik ideyasına qatqıda bulunan faktordur, lakin azərilərin bir hissəsi xristianlaşarsa, islam bu cür faktor olmaq şansını itirər.


