Reklam verin!

Azərbaycanda İslamla yanaşı bu cür keyfiyyət çoxluğuna töhfə verəcək və buna imkanı olan ikinci din məncə məsihilikdir. Bunun bəzi səbəblərindən İsəviliyin İslama yaxınlığını, onun sosial-intellektual bazasının musəvilikdən, zərdüştilikdən daha çox olmasını göstərmək olar: unutmayaq ki, Xristianlıq ən çox daxili müxtəlifliyə malik, son iki əsrin dinə qarşı mənfi münasibətində ən çox soruşdurulan və çək-çevir edilən, Qərbin intellektual-rasional-empirik və s. əqli diskursları ilə ən uzun münasibət-dialoq tarixi olan dindir. Sekularizm, maddiyyatçılıq, elmi fundamentalizm və s. bu kimi paradiqmalar, ideyalar, İslamın və digər dinlərin qapısını döyməzdən öncə Xristianlığı daşa basır.

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 35
Açar sözlər: dinlər çoxluq töhfə azərbaycan 
Bookmark and Share

  

   

  

    Heç diqqət etmisinizmi İsa Məsihə istinad etmək və ya onu müəyyən şəkildə xatırlatmaq necə də artıb bizim mətbuatda? Artıq ona həsr olunan şeirlər də var – mən özümdən danışmıram, söhbət ya sekulyar və dinlə məşğul olmayan, ya müsəlman ya da ateist və s. və ia şəxslərinn şeirlərindən gedir. Bu gün məsələn kult.az-da Əsəd Cahangirin öz yazısında İsa Məsihi xatırlatmasına rastladım. Bir neçə həftə bundan əvvəl Cavidan öz bloqundakı şeirində, Nəsimidən və İncildən (Məsihdən) alıntıları bir araya gətirmişdi. Daha öncə də Elmin Həsənlinin İsa Məsihdən, xəyatəndən bəhs edən (daha doğrusu bunları da içinə alan) şeirini oxuduğumu xatırlayıram. Bir dəfə də Xaqani Hasın bir məqaləsində - deyəsən sekulyarizmdən bəhs edirdi - İsa Məsihə istinad edilmişdi. Bunlar əlüstü xatırlaya bildiklərimdir. Bir az dərinə gedən əminəm ki, daha çox misal tapar.

 Beləliklə, İsa Məsih, özü də xristian mövqeyindən anlaşılan İsa Məsih, mətbuatımızda yavaş-yavaş boy göstərir.

Davamı...


Bölməsiz | Şərhlər(2)
Baxış sayı: 63
Açar sözlər: isa məsih mətbuat azərbaycan 
Bookmark and Share

sizlər üçün

Yazar: Yolchu @ Aprel 7, 2008 22:25

http://video.google.com/videoplay?docid=3321411648763185823&q=azari&total=451&start=0&num=10&so=1&type=search&plindex=6


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 67
Açar sözlər: video klip azərbaycan məsihi tarix 
Bookmark and Share

Sözsüz...

Yazar: Yolchu @ Yanvar 25, 2008 2:28

kilise


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 83
Açar sözlər: xristianlıq abidə azərbaycan 
Bookmark and Share

Bulanmış su

Yazar: Yolchu @ Noyabr 8, 2007 23:38

Məsihilik və ya İsəviliklə bağlı Azərbaycanda bir çox gerçəyə uyğun gəlməyən stereotiplər vardır. Bu bloqda onların da bir qisminə göz atacağıq. Lakin öncə stereotipin nə olduğunu ümumi və sadə şəkildə qeyd edək, ondan sonra konkret stereotiplərə keçərik. Bəri başdan qeyd edim, burda stereotip sözünə verilən anlayış və onun izahı elmi, psixoloji, peşəkar və s. və ia izah deyildir. Bu yazı daxilində və sadəcə bu yazıda istifadə üçün stereotip deyildikdə gerçəkliyi bu və ya digər şəkildə sabit, ümumiləşdirilmiş qavrama və qiymətləndirmə şəkilləri başa düşülür. Stereotiplərin heç də hamısı yalan və ya yanlış deyil. Onlar bir qayda olaraq zaman keçdikcə donuqlaşan və şəxsin avtomatik düşüncə "template"-inə çevrilən dünyanı, konkret gerçəkliyi görmə şəklidir. Onlar təcrübənin ümumiləşdirilməsinə dayana bildiyi kimi, yalana, kəskin və birdəfəlik sarsıdıcı psixoloji yaşam təcrübəsinə də dayana bilər. Bu halda biz Məsihiliyi olduğu kimi ifadə etməyən və ya məsihilərin İsəviliyi yanlış təmsil etməsindən dolayı rədd etdiyi stereotiplərdən danışacağıq.  

Bunların bəziləri aşağıdakılardır:

1. Məsihilər bir Allaha deyil, birdən çox Allaha inanırlar.

2. Məsihilər Allah Ataya, Allah Oğula və Məryəm Anaya - hər üçü bir arada - Allah qəbul edərəkdən sitayiş edirlər.

3. Məsihilər Xaça sitayiş edirlər.

4. Məsihilərin inancı və kitabı təhrif olunmuşdur.

Bu stereotiplərin bir qismi Quranın təsvirlərindən irəli gəlir.     


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 128
Açar sözlər: stereotip məsihilik isəvilik azərbaycan 
Bookmark and Share

Bizim Haqqımız

Yazar: Yolchu @ Noyabr 7, 2007 5:15

Azərbaycanda Məsihilik və ya Xristianlıq nə zamandan gəlib yerləşib? Bu suala necə cavab verməyimiz bizim üçün Məsihiliyin Azərbaycana olan haqqını əsaslandırır. Ən qısa şəkildə bu suala belə cavab verilə bilər:

1. Azərbaycanda Xristianlıq 4-cü əsrdən başlayaraq mövcuddur. O yerli dindir və ölkəmizə yad deyil. O İslamdan daha öncə Azərbaycana gəlib və yerləşibdir. Qafqaz Albaniyası mədəni abidələri, kilisə və monastırları buna sübutdur.

2. Məsihilik (və ya Xristianlıq, İsəvilik də deyilir) arasıkəsilmədən bu ölkədə mövcud olub. Udinlər və onların dilində yazılmış tarixi abidələr buna sübutdur. Onlar (Udin və ya Uti etnik qrupu) indi də ölkəmizdə yaşayırlar və indiyə qədər də Məsihidirlər. Nə Sovet rejimi, nə də İslam Məsihiliyin kökünü kəsə bilməyib.

3. Məsihilik mürəkkəb sosial-siyasi mövqeyə malikdir. O əsasən etnik azlıqların dinidir, çünki ölkədəki ən çoxsaylı etnik qrup - azərilər - müsəlmandır. O həm də ölkəni işğal edənlərin dinidir, çünki Azərbaycanı işğal edən ruslar Məsihidirlər. O, həm də şübhəli, düşmənin dini kimi görülür bəzən, çünki Ermənistan kimliyindəki Məsihilik elementini siyasi məqsədlə sui-istifadə edir. Bu din ölkəmizdə həm də daxilən etnik mozaikanı xatırladır, çünki ölkəmizdəki məsihilər bir deyil, bir neçə etnik qrupa aiddirlər. 

4. Məsihilik Azərbaycanda özünün bütün əsas qolları ilə Katoliklik, Pravoslavlıq, Protestantizmlə təmsil olunmuşdur (necə ki İslam ölkədə sünni və şiəlik şəklində mövcuddur).

5. O daim yenilənən və buna görə də yerli olduğu qədər həm də gəlmə dindir. Missionerlər indiyə qədər də bu ölkədə bu dini canlandırmağa çalışırlar (necə ki Türkiyə və s. ölkələrdən dindarlar İslamı yaymağa çalışırlar). 

6. O Azərbaycanın ana mədəni dəyərlərinə zərbə vurmur, çünki həmin dəyərlərə çox yaxındır. Əksinə, Məsihilik həmin mədəni dəyərləri müsbət yöndə təkmilləşdirə bilər. Onun bizim müsəlman dini-mədəni dəyərlərinə yaxınlığını görmək üçün Bibliyada 10 nəsihəti oxumaq kifayətdir. Eyni zamanda bu din ana dəyərlərinə xələl gətirmədən müasirliklə ən çox dialoqa girən dindir.

Məncə bütün bunlar belə bir iddiaya əsas verir ki,: A) Məsihilik bu ölkəyə yad din deyil, B) Məsihilik Azərbaycan mədəniyyətinə ümumilikdə tərs düşmür, C) O mürəkkəb sosial-siyasi mövqeyə və ölkə mədəniyyətinə töhfə vermək potensialına malikdir. D) Onun İslamla parallel xüsusiyyətləri var. O həm də bir çox fərdlərin Yaradana yaxınlaşma cəhdlərinə gözəl cavab, tapıntı ola bilər. 

Buna görə də bu dini tanıtmaq, yaşatmaq və gəlişdirmək lazımdır.      

 


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 128
Açar sözlər: məsihilik haqq azərbaycan xüsusiyyət 
Bookmark and Share

  Yazılar cəmi: 6