Gizlinlərin tapmacası
Yazar: Yolchu @ May 29, 2008 3:35Bir çox başqa dinlər kimi Məsihilikdə də ayinlər var. Ayin istənilən insan fəaliyyəti üçün önəmlidir və onun ən bariz, cilalanmış şəklinə bir qayda olaraq dinlərdə rast gəlinər. İsəvilikdəki ayin qavramı İslamdakına uyğun gəlmir. Latın Kilisə ənənəsində (Katoliklik, Protestantlıq) bəhs edəcəyimiz nəsnəni ifadə etmək üçün sakrament, Şərq (Yunan, Rus və digər Ortodoks) ənənəsində isə misteriya və ya müqəddəs misteriya sözü işlədilir – bu ikincini dilimizə gizlin (sifət və isim – işlənməsinə baxır) və ya gizlənti (isim) şəklində də tərcümə etmək olar. Dilimizin daxili ifadə vasitələri hesabına fərqli qavramları ifadə etməsinə və zənginləşməsi ideyasına biganə olmadığım üçün bu essedə ardıcıl şəkildə “gizlənti” sözü işlədəcəyəm.



