Tərcümə və şərh - 1
Yazar: Yolchu @ Dekabr 9, 2007 3:10Aşağdakı mətn-tərcümə Bibliyanın, daha doğrusu Yeni Əhdin bir parçası olan "Həvarilərin Əməlləri" kitabından, parça 17, cümlə 22-34-dən alınmışdır (Həvarilərin əməlləri 17:22-34). Buna exegesis (ekseqesis) deyilir, təxmini olaraq, islamdakı təfsir anlayışına uyğun gəlir. Lakin exegesis-in İslamda ənənəvi mənada başa düşülən təfsirdən bəzi fərqləri var. Öncəliklə, exegesis (eksegetika) bir qayda olaraq textual criticism (mətni ələmə) çərçivəsində yazılır. Azərbaycanda tənqid, kritika sözü bir qayda olaraq, mənfi çalara malikdir və bir şeyin nöqsanlarını açıb göstərməyi və s. içinə alır. Bibliyaşünaslıqda və Teologiyada isə textual criticism mətni daha çox elmi-rasional üsulları tətbiq edərəkdən, onu mərkəzə qoyaraqdan analiz etməni və onun fonu, tarixi (background-u), mənası ilə bağlı bir şeylərin öyrənilməsini nəzərdə tutur. Buna görə də mən burda textual criticism mənasında "mətni ələmə" sözünü işlədəcəm, azəricədəki "ələmək" felini əsas götürərəkdən. Şərh sözünü exegesis mənasında işlədəcəm. Şərh həm elmi məqsədlər üçün, həm də sırf və"əz (moizə) etmək (preaching) məqsədləri üçün həyata keçirilir (onların arasında müəyyən fərqlər də olur). İkincisi, mənti ələmə və şərh ilə İslamdakı təfsir arasındakı fərq həm də mətnə müxtəlif mövqelərdən yanaşmaq və yeri gəldikdə, onun dar mənada tənqidetmə imkanının olmasıdır - bu mənada mətni ələmə və şərh dini müddəalara və postulatlara bağlı deyil (islam təfsirindən fərqli olaraq). Bunu niyə yazıram? Sadəcə Müqəddəs Kitabın mətni altında yatan və bir çoxlarımıza bəlli olmayan zənginliyinə azacıq da olsa işıq tutmaq üçün. Bibliya 30-40 ilin içində deyil, yüz illər ərzində yazılmış kitablar məcmusudur. O, uzun bir tarix dövründə, Rəbbin insanlarla münasibətində naxışlaşan, hər iki tərəfin insan ruhuna və gözəgörünməzliyə həkk etdiyi izlərin əksidir. Onu yazanların sayı aşağı-yuxarı 40 qədər müəllifi əhatə edir. Bu müəlliflərin arasında müxtəlif sinifləri, peşələri, etnik qrupları, təmsil edən insanlar var. Bu kitablar insanların Rəbbə olan şikayətini, sevgisini, qorxusunu, hətta Ona üsyanını, insanlarla Yaradan arasında baş verən olayları, Rəbbin insanlara müaricətini və Tanrının özünü açmasını və s. və ia əhatə edir. Bu kitablarda siz şer, hekayət, məktub, tapmaca dilində yazılmış yazılara rast gələ bilərsiniz. Bu müxtəliflik İsəviliyin gözəlliyidir. Və bu bilinməyə dəyər bir keyfiyyətdir... Keçək mənim etdiyim tərcüməyə.


