Reklam verin!

Son vaxtlar hərə bir şeyi necə etməyin yollarından yazır. Bloqdan tutmuş, mobil telefonlara qədər. Palaza bürünüb ellə sürünmək keçirdi ürəyimdən, dedim bir şeyi necə etməyin də yolunu mən yazım. Həm də bir az məsihilik barədə yazılara ara verək, bloqa bir az da fərqli yanaşılsın, mövzu az-çox müxtəlifləşsin. Mən texniki məsələlərdə savadsızam, anlamam, ona görə də o cür şeylərdən yazmaq bir az çətindir. Lakin kitab oxumağa alışmış birisi kimi sizinlə bu barədə təcrübəmi bölüşə bilərəm. Kitabı əlbəttə hərə bir cür oxuyar. Mən də belə oxuyuram.

 1. Bir kitabı niyə oxuduğunuzu öncə təyin edin. Kitabı vaxt öldürmək üçün yoxsa ciddi tədqiqat üçün oxumaq o kitab haqda fərqli nəticələrə gəlməyə və o kitabın da sizdə fərqli təəssürat yaratmasına rəvac verir. Bundan əmin olun. Odur ki, ilk öncə bir kitabı niyə oxuduğunuzu, nə səbəbə məhz bu kitabı vərəqlədiyinizi düşünün.

2. Kitabı oxumazdan öncə, müəllifin hardan girib, hardan çıxdığını təyin etmək, ümumi yanaşma haqqında bir başlanğıc təsəvvürə malik olmaq üçün kitabın mündəricatını, yəni strukturunu əks etdirən səhifələrini öyrənin. Bu müəllifin ideyanı necə strukturlaşdırması, hansı skelet üzərinə ət-qan hörməsini anlamağa yardım edəcək.

3. İlk bir neçə səhifədən sonra kitabın oxunma dərəcəsini, yəni asan, yoxsa çətin “getdiyini” təyin etməyə çalışın. Aygün Kazımovanın həyatından bəhs edən kitabla, deyək ki Nəsiminin qəzəllərində din və fəlsəfə ideyalarının semiotikasına hərs olunmuş tədqiqat əsəri eyni cür “getməyəcək”. Bunu təyin etdikdən sonra sürətinizi buna görə də uyğunlaşdırın. Hər cümləsi məna dolu olan kitabı bir su içimi kimi oxumaq müəllifə və ehtiraslı oxucunun özünə hörmətsizliyidir.

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 21
Açar sözlər: kitab vərdiş oxumaq 
Bookmark and Share

Çiy süd əmməyin teoloji dadı-2

Yazar: Yolchu @ İyul 26, 2008 19:47

İnsanın çiy südəmmişliyi, onun varlığının zamandan və məkandan asılı olmayan və özünü ən müxtəlif şəkillərdə üzə vuran və hər toplumda rast gəlinən şərti-vəziyyəti kimi Bibliyada bəhs edilir. Buna dilimizdə günah deyilir. Lakin günah sözü məncə Bibliyanın anlatdığını tam ifadə etmir. Günah mənim bildiyimə görə, konkret şəxsin, konkret əməlini və ya birbaşa şəxslə ilişkin olmasa da bir konkret və müəyyən normalar daxilində qadağan olunmuş əməli ifadə edir. Məsələn, adam öldürmək günahdır. Oğurluq, yalan şahidlik, zina günahdır. Lakin niyə bunları insan edir? Bunlar hardan gəlir? Bunların aradan qaldırılması mümkündürmü? Bu suallarla qarşılaşan şəxs artıq konkret əməl səviyyəsində dəyərləndirmədən çıxır və daha dərin təfəkkür qatlarına enmiş olur. Bibliyaya görə, bunlar insanın günahkar təbiətindən qaynaqlanır. Biz hamımız başqalarına pislik etmək potensialımızın olmasından xəbərdarıq və bunu inkar edə bilmərik. Bax bu potensial artıq günah adlandırıla bilməz, çünki ondan daha dərindədir və özünün konkret təzahür forması kimi günahda-əməldə özünü büruzə verməyə bilər - insan axı həmişə günah etmir. Ancaq həmin o potensial həmişə bizimlədir.

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 25
Açar sözlər: günah təbiət çiy süd 
Bookmark and Share

Al gəldi...

Yazar: Yolchu @ İyul 22, 2008 7:24

Bu gün Məsiağa müəlliminSəs” adlı bloqunda azeribloqun bir yaşının tamam olması münasibətilə yazdığı kiçik yazını oxudum və bu məni azəribloqla bağlı indi oxuyacağınız yazını qələmə almağa sövq etdi.

Bəri başdan təbrik edirəm azəribloqun qurulmasında əməyi olan hər kəsi, özəlliklə də Fərhadı. Ki, basa-basa güneydən bura gəlib burda bir quzeylinin görmədiyi işi, yaxşı-pis öz hesabına görür.

 Mən hamının adından danışmağa adət etmədiyimdən, öz adımdan danışa bilərəm. Azəribloq mənə hansı imkanları yaratdı? Əvvəla, sözümü deməyə və arzuladığım auditoriyaya çıxmağa imkan əldə etdim. Azeribloqda bloq yaradana qədər üç dəfə əcnəbi bloq servislərində bloq yaratmağa cəhd etmişdim və hər üçünü də sonradan tərk etdim. Arzum bloqun öz dilimizdə, anadilli auditoriyaya yaxın ortamda olması idi və həmin serverlər də buna fürsət yaratmadığından indi onlardakı bloqlar elektron (rəqəmsal sözünü sevmirəm) cəngəlliyin bir küncündə çürüyürlər. Bu mənada azeribloq mənim üçün əla vasitə oldu.

Davamı...


Bölməsiz | Şərhlər(3)
Baxış sayı: 71
Açar sözlər: adgünü azeriblog təbrik 
Bookmark and Share

 

Dadaş Qaraqoyunlu Qızılbaş



İnanan Azərbaycan Türkləri arasında Şiə, Ələvi, Bahayi və Sünniliyi mənimsəyənlerin var olduğu az çox bilinsə də, Xiristiyan/Məsihi Azərbaycan Türklərin haqqında çoxu insanın bilgisi tətmin ediçi deyildir.

Məsihi Türkler Iraq Türklərinin Kərkük'də yaşayan kiçik topluluğudurlar. Obir Türklərin "Qala Govuru" adlandırdıqları bu Xiristiyan/Məsihi Türklərin sayısı əvvəllər 30.000 nəfər ətrafında olsa da, bugün Kərkük'dakı cəmi sayılarının təqribən 5.000 nəfər olduğu guman edilir. Bunların Kərkük'də "Mar Yusuf" (Şatırlı Məhəlləsində) və "Qırmızı Kilisə" (İskan Məhəlləsində) adında iki də kilisəsi vardır.

Aşağıda onların Mədrəşlərindən (=Saldlamaq) birini verirəm. Bu Mədrəşlər, Türk Məsihilerin ölüləri üçün kilisələrində uzun hava tərzində oxuduqları İlahilərdir.

Davamı...


Bölməsiz | Şərhlər(2)
Baxış sayı: 39
Açar sözlər: kərkük məsihi qala govuru türk 
Bookmark and Share

Çiy süd əmməyin teoloji dadı - 1

Yazar: Yolchu @ İyul 16, 2008 19:45

İnsanın ana döşündən qaynamış, pasterizə edilmiş süd əmmədiyini yəqin hamımız bilirik. Hamımız çiy süd əmmişik. Bu sözün hərfi mənasında az – çox ana südü əmməklə bərəkətlənmiş insanların hamısı çiy süd əmib. Maraqlıdır ki, belə çiy süd indi dünyanın hər tərəfində bazarları, modnu dillə desək marketi dolduran əldəqayırma (yarım)bişmiş süddən məncə daha çox yardım edir insanlara. Ana döşündən çiy süd əmən övladın ana ilə birbaşa, bədən səviyyəsində ən yaxın münasibəti olur.

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 29
Açar sözlər: günah təbiət çiy süd 
Bookmark and Share

Dinlərin çoxluğunun mənfi tərəfləri də var (baxır hansı mövqedən yanaşırıq). Məsələn, Azərbaycan kimi ənənəviçi, milli “urra” birliyinin önəmli olduğu, müxtəlifliyi rejim və hökumət üçün təhlükə görən, dövlətçiliyin cəmiyyətdəki fərqli sferalarda (din də bunların arasındadır) monoton birlik hesabına saxlandığı və gəlişdirildiyi məkanlarda dinlərin çoxluğu, milli kimlik və birlik üçün təhlükə görülür. Sözsüz, azərbaycanlılarının hamısının müsəlmançılığı, bir dində olmaları, onların bir qisminin isəvi olması zamanı yarana biləcək problemlərdən yan keçməyə fürsət verir. Məsələn, deyək ki indi islam milli-dövləti kimlik ideyasına qatqıda bulunan faktordur, lakin azərilərin bir hissəsi xristianlaşarsa, islam bu cür faktor olmaq şansını itirər.

Davamı...


Bölməsiz | Şərhlər(2)
Baxış sayı: 32
Açar sözlər: dinlər çoxluq mənfi müxtəliflik 
Bookmark and Share

Azərbaycanda İslamla yanaşı bu cür keyfiyyət çoxluğuna töhfə verəcək və buna imkanı olan ikinci din məncə məsihilikdir. Bunun bəzi səbəblərindən İsəviliyin İslama yaxınlığını, onun sosial-intellektual bazasının musəvilikdən, zərdüştilikdən daha çox olmasını göstərmək olar: unutmayaq ki, Xristianlıq ən çox daxili müxtəlifliyə malik, son iki əsrin dinə qarşı mənfi münasibətində ən çox soruşdurulan və çək-çevir edilən, Qərbin intellektual-rasional-empirik və s. əqli diskursları ilə ən uzun münasibət-dialoq tarixi olan dindir. Sekularizm, maddiyyatçılıq, elmi fundamentalizm və s. bu kimi paradiqmalar, ideyalar, İslamın və digər dinlərin qapısını döyməzdən öncə Xristianlığı daşa basır.

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 35
Açar sözlər: dinlər çoxluq töhfə azərbaycan 
Bookmark and Share

"Müjdə" Dini İcmaları Birliyi Zaqatala şəhərində həbsə alınmış qurumun iki üzvü - Həmid Şabanov və Zaur Balayevlə bağlı dünən Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirib.

Davamı...


Onlardan kim nə yazır | Şərhlər(0)
Baxış sayı: 41
Açar sözlər: baptist qeydiyyat xəbər 
Bookmark and Share

  

          16:15 02-07-08


Rus Pravoslav Kilsəsinin Arxiyerey Məclisinin keçən həftə Moskvada keçirilən toplantısında Azərbaycan pravoslav kilsəsinin fəaliyyəti müsbət qiymətləndirilib.

Davamı...


Onlardan kim nə yazır | Şərhlər(0)
Baxış sayı: 40
Açar sözlər: rus pravoslav xəbər qoşun siyasət 
Bookmark and Share

Mama dilimizdə belə bir qəribanə deyim var: “çoxluq p-xluqdur” özəl bir mövzu, predmet və s.-ni içərmədiyindən sanki universalmış kimi hər haqq-hesabla bağlı işlədilməsi mümkündür bu deyimin. Məsələn, deyək ki, səs-küyün çoxluğu bədənimizdən çıxana çevrilə bilər, bəs fikirlərin çoxluğu necə? Əslində bu deyim çoxluğun problem olmasını və ya problemə çevrilmək imkanını ifadə edir. Necə deyərlər, daha biz nə deyə bilərik ki... . Amma çoxluq hər zaman arzuolunmaz şeyə çevrilməz, çətin də olsa çoxluğu müsbətə, arzuolunana da çevirmək olar. Çoxluq belə demək mümkünsə, sadəcə kəmiyyətcə çoxluq deyil, həm də keyfiyyətçə çoxluq yəni müxtəlifliyin çoxluğu, fərqli olan fikirlərin, ideyaların, düşüncələrin çoxluğudur. Çoxluq həm də bir-iki hərfini oynatmaqla iqtisadi dilə, qavrama az da olsa tərcümə oluna bilər...bolluq şəklində. Çağdaş dünya keyfiyyətli çoxluğu demokratiyanın, keyfiyyətli bolluğu isə iqtisadi gəlişmənin əsası hesab edir.

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 43
Açar sözlər: dinlər çoxluq p-xluq qatqı 
Bookmark and Share

  Yazılar cəmi: 10