Reklam verin!

Pastoral düşüncələr

Yazar: Yolchu @ İyun 25, 2008 18:23

Bir dindarın özünə və inancına ilişgin yol verə biləcəyi ən önəmli səhvlərin bəzilərini cilallanmamış şəkildə bloqa yerləşdirirəm. Yeri gəlmişkən, pastoral sözünün nəyə istinad etdiyini lütfən özünüz müəyyənləşdirin. Geniş mənası var və bir az əziyyət çəkib axtarsanız bu barədə  maraqlı yazılar tapacaqsanız.

 

1.    Dindarlığından dolayı, özünü Yaradana hamıdan və ya bir çoxlarından yaxın görmək.

 2.   Dindar olub kilisəyə və məscidə getməsindən ibadət etməsidən və ya namaz qılmasından dolayı başqalarını və onların dinə münasibətini açıq, aqressiv və kateqorial şəkildə mühakimə etmək.

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 43
Açar sözlər: düşüncə yanaşım qayda pastoral 
Bookmark and Share

Ortodoks Kilisəsinə gəlincə, öncə termin barədə. Islamda ortodoks deyildikdə Sünnilik və belə demək mümkünsə dinin ana qolu, az-çox haqlı olan qolu başa düşülür. Xristianlıqda belə deyil. Ortodoks sözü bir çox qərb dillərində bizim Pravoslav dediyimiz qolu və buna bənzər kilisələri ifadə edir. Bu sözün özəl olaraq, ana qol, standart qol kimi məna çaları yoxdur. Ortodoks kilisənin ənənəvi mərkəzləri Rusiya, Yunanıstan və Efiopiyadır. Yaxın və Orta Şərqdəki kilisələrin də əksəriyyəti Ortodoks qoluna aiddir. Ortodoks  kilisələr iyerarxik quruluşa malikdir.      

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 47
Açar sözlər: xristianlıq qollar fərqlər 
Bookmark and Share

Eynilə İslam kimi, Məsihilik də tarixin keşməkeşində parçalanmış, bölünmüşdür –İsa Məsihin bədəni çarmıxdaykən Roma əsgərinin onu deşməsi kimi, kilisəni fərqli hərəkatlar, dəlmə-deşik edib, bölüb.

 

Dünyanın demək olar ki, bütün din, intellektual hərəkat və sistemlərində müşahidə olunan bu fenomen fərqli səbəblərdən qaynaqlanır. Ən geniş mənada buraya siyasi, teoloji, iqtisadi-sosial səbəbləri aid etmək olar.

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 51
Açar sözlər: xristianlıq qollar bölünmə səbəb 
Bookmark and Share

Vəftiz və ya xaç suyuna salınmaq/çəkilmək Məsih inancının önəmli gizləntilərindən biridir. Mürəkkəb mənaya malik olan vəftizin anlamı haqqında çoxlu fikirlər var.

Bir qayda olaraq bir insan Məsihiliyi qəbul etdiyi zaman və ya özünü Məsihə həsr etmək barədə qərar qəbul etdiyi halda vəftiz olunar. Həm yaşlıları, həm körpələri vəftiz etmək mümkündür. Məsihiliyin əsas qollarında yalnız bir dəfə vəftiz olunmağa haqq tanınır.

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 57
Açar sözlər: vəftiz ayin xaç su batism 
Bookmark and Share

  

   

  

    Heç diqqət etmisinizmi İsa Məsihə istinad etmək və ya onu müəyyən şəkildə xatırlatmaq necə də artıb bizim mətbuatda? Artıq ona həsr olunan şeirlər də var – mən özümdən danışmıram, söhbət ya sekulyar və dinlə məşğul olmayan, ya müsəlman ya da ateist və s. və ia şəxslərinn şeirlərindən gedir. Bu gün məsələn kult.az-da Əsəd Cahangirin öz yazısında İsa Məsihi xatırlatmasına rastladım. Bir neçə həftə bundan əvvəl Cavidan öz bloqundakı şeirində, Nəsimidən və İncildən (Məsihdən) alıntıları bir araya gətirmişdi. Daha öncə də Elmin Həsənlinin İsa Məsihdən, xəyatəndən bəhs edən (daha doğrusu bunları da içinə alan) şeirini oxuduğumu xatırlayıram. Bir dəfə də Xaqani Hasın bir məqaləsində - deyəsən sekulyarizmdən bəhs edirdi - İsa Məsihə istinad edilmişdi. Bunlar əlüstü xatırlaya bildiklərimdir. Bir az dərinə gedən əminəm ki, daha çox misal tapar.

 Beləliklə, İsa Məsih, özü də xristian mövqeyindən anlaşılan İsa Məsih, mətbuatımızda yavaş-yavaş boy göstərir.

Davamı...


Bölməsiz | Şərhlər(2)
Baxış sayı: 63
Açar sözlər: isa məsih mətbuat azərbaycan 
Bookmark and Share

  Yazılar cəmi: 5