Sən saydığını say, gör bilgisayar nə sayar!
Yazar: Yolchu @ Aprel 26, 2008 1:25Girişsiz-filansız mətləbə keçim: kompüterim xarab olub. Daha dəqiq desəm, artıq o dünyalıqdır. Bilgisayar doxturlarının diaqnozuna görə ölmək vaxtı çoxdan çatıbmış. Ancaq düzünü desəm, heç gözləmədiyim vaxtda sıradan çıxdı – imtahanların gəlhagəlində müəllimlərin yazı-pozu üçün adamın üstünə şığıdığı vaxtda bilgisayarın sıradan çıxması adama yaman yer edir.
Deyəcəksiniz, bunun bizə nə dəxli. Əslində düzdür, bunun sizə bir dəxli yoxdur, ancaq o şərtlə ki, bu bloqdakı yazıları oxuyanlardan olmayasınız. Əks təqdirdə isə bu o deməkdir ki, bloqdakı yazılarımın müntəzəmliyi zəifləyə bilər, yazılar daha da qısalar. Vəftiz haqqında yazı hazırlayırdım növbəti post üçün ancaq bilgisayarın mən istəyəni deyil, fələk istəyəni sayması aranı qarışdırdı.
Vəziyyətdən çıxış yolu... . Bu yazıda bəzi terminlərə aydınlıq gətirməyə çalışacam.


