В Загатальском районе Азербайджана обнаружена христианская радикальная литература
Как передает Bakililar.AZ со ссылкой на APA, как сообщил заместитель начальника отделения полиции Загатальского района Кямандар Гасанов, в ходе обыска в доме местного жителя Мятанат Гурбановой было обнаружено 570 книг и 78 брошюр запрещенной христианской литературы.
По факту ведется расследование.
APA
İlahinin Surəti və Əsrarəngiz Üçlük - 3
Yazar: Yolchu @ Mart 27, 2008 23:03İlahiylə əlaqə insanın kimliyinin, əsil kimliyinin üzərində qurulduğu bunövrədir. Sən kimsən əziz dost? Düşün bu sualın üzərində. Bu suala verdiyin və ağlından keçən ilk cavab səni xəbərin olmayan içindəki dərin qatlara götürə bilər. Sən kimsən?
İlahinin Surəti və Əsrarəngiz Üçlük - 2
Yazar: Yolchu @ Mart 22, 2008 4:45Nəfəs insanı İlahiyə bağlayan əlaqənin ikinci – daha dərində yatan - aspekti, ölçüsüdür. Nəfəssiz insan varlıq kimi tam olmur. İlahi özü yaşayan varlıqdır, Allahın özü canlıdır və onun surəti nəfəssiz, həyatsız tam olmazdı.
İlahinin Surəti və Əsrarəngiz Üçlük - 1
Yazar: Yolchu @ Mart 15, 2008 0:54İnsan Bibliyaya görə İlahinin surətində yaradılıb. İlahinin bənzərində yaradılmış insan üçün və xüsusən də bir məsihi üçün bu nə deməkdir? Məncə çox şey. Bu yazımda sadəcə İlahi surətində yaradılmışlığın Müqəddəs Üçlüklə və insanın güncəl münasibətləri üçün əhəmiyyətindən bəhs etməyə çalışacağam.
İlahinin surətində yaradılmışlığın nə olmasını kimsə bəlli-başlı bilmir. Bəlli-başlı bilinən budur ki, bizimlə İlahi arasında insanın bir varlıq kimi özəlliklərində əks olunan, ona dayanan əlaqə var və bu əlaqə də İnsanın İlahiylə hər nə cürsə oxşarlığından qaynaqlanır. Bu İlahini insaniləşdirir və bəşəriləşdirir. Lakin bu şaşırdıcı iddia və dərin simvol olan İlahi ideya Allahı kiçiltmir. O, insanı İlahiyə yaxınlaşdırır. Allahla onun yaratdığı insan arasında hər nə qədər bənzərlik olsa da belə, bu bənzərliyin İlahinin bütün özəlliklərini, varlığını açdığını iddia etmək də doğru olmazdı. Bibliya İlahinin həm də insana bənzər olmadığını, onun insandan fərqli tərəflərini anladır. İlahi insan kimi materiyaya hopmamışdır. İlahi hər şeyə qadirdir və hər kəsin ürəyini bilir. İlahi bütün yaradılışın yaradıcısı, sahibi və ağasıdır. Lakin məni bu halda maraqlandıran İlahini insandan ayıran deyil, Onu insana yaxınlaşdırandır.
Sözün düzünü zarafatla deyərlər...:) - 2
Yazar: Yolchu @ Mart 9, 2008 4:22Amma burda cubbulu haşiyə çıxarım: bu ümumiliklə yanaşı bu iki dində fərqlər var fərqlərin danışılmasının önəmliliyini mən inkar etmirəm - bunlar hər iki dində kifayət qədərdir.
Sözün düzünü zarafatla deyərlər...:) - 1
Yazar: Yolchu @ Mart 3, 2008 5:55Laaa-laa-lall-lall-la
Dua etsəm nə ola,
Günəş çıxa, ay doğa,
Dünyamız işıq dola.
Laaa-laa-lall-lall-lay,
Bu nə hay-küy, nə olay,
Məsih gəlib ay haray!
İblis olub naqolay.
Laa – ilaha - illa – allah,
Isa Kəlimətullah,
Insan, çəkmə dərin ah,
Söz verib sənə İlah.


