Reklam verin!

Məsihin çörəyi

Yazar: Yolchu @ Yanvar 29, 2008 18:46

Bu Söz ilğımı Məsih İnancında önəmli yer tutan çörəkkəsmə ayininə həsr olunub. Bu ayinlərə bir sıra dillərdə sakrament deyilir. Öz dilimizdə bu qavramı (sacrament - ayin?) dolğun ifadə edəcək sözü hələ ki tapa bilməmişəm.

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 72
Açar sözlər: məsih yuxu euxarist anlatım 
Bookmark and Share

Sözsüz...

Yazar: Yolchu @ Yanvar 25, 2008 2:28

kilise


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 83
Açar sözlər: xristianlıq abidə azərbaycan 
Bookmark and Share

Əziz dostlar, aşağıdakı mətn qısacası və ümumi şəkildə, bir beş-altı şərt qoşaraqdan Məsih İnancının kəlmeyi – şəhadəti kimi anlaşıla bilər. Nikea bəzən də Nikea-Konstantinopol (İstanbul) imannaməsi olaraq bilinir. İmannamə sözü belə demək mümkünsə kilisə üzvlərindən/nümayəndələrindən ibarət qrupun birlikdə qəbul etdiyi formallaşadırılmış, inancın bu və ya digər tərəfini, elementini, özəlliyini ifadə edən təlimin bəyanı şəklinə deyilir. Nikea imannaməsi bizim eranın 325-ci ilində qəbul olunmuşdur və daha öncələri şərqdəki kilisələrdən birinin istifadə etdiyi katexizisə – yəni məsihçiliyi yeni qəbul etmişlərin öyrədilməsi, təlimatlandırılması prosesi və bilgisinə – dayanır (“Həvarilərin imannaməsi”). 

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 79
Açar sözlər: nikea imannamə çevirim tərcümə 
Bookmark and Share

Şəhidlərin xatirəsinə

Yazar: Yolchu @ Yanvar 21, 2008 5:20

19-20 yanvar xalqımızın tarixinə qanlı və qızılı hərflərlə yazılmışdır və ümid edirəm ki, nəsillər durduqca bunu unutmayacağıq. Bəşər Oğlu və Qızı nəyi özü üçün anlamlı hesab edirsə, o da onun həyatının çərçivəsi halına gəlir və həyatın detalları o çərçivəyə sığdırılır. Azərbaycanımızın azadlığı üçün özlərini qurban deyənlər ölkəmizin müstəqilliyini özləri üçün anlamlı, önəmli bilirdilər.

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 78
Açar sözlər: yanvar şəhid faciə 
Bookmark and Share

Allahla Söhbət

Yazar: Yolchu @ Yanvar 18, 2008 10:04

dua

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 76
Açar sözlər: dua məsihi söhbət 
Bookmark and Share

Bu günlərdə forumların və ya saytların birində oxudum ki, Nəriman Qasımoğlunun Quranı azəricəyə poetik tərcüməsi Azərbaycanda onun üçün bəzi problemlər yaradıb. Quranın özünəməxsus şəkildə tərcüməsini etmiş bu adamın etdiyinə verilən reaksiyanı, Amerikada sayı-hesabı bəlli olmayan Bibliya tərcümələrinə qarşı insanların sakit və heç nə olmayıbmış kimi reaksiyası ilə qarşılaşdırdığım zaman təəccübləndim.
İngilis dilində Bibliyanın ondan çox tərcüməsi mövcuddur. Onları oxuduğumuz zaman sual yaranır ki, bu cür çoxsaylı, müxtəlif tərcümələr lazımdırmı və ümumiyyətlə bir mətni dəfələrlə, fərqli şəkildə tərcümə etmənin anlamı nədir? İcazənizlə bu barədə düşündüklərimi köhnə təbirlə desək, izhar edim. Söhbət burda bir mətnin bir neçə şəkildə, paralel, müxtəlif tərcümələrinin mövcudluğundan və bunun nəticələrindən gedir. Mən inanıram ki, Quranın dilimizə - yalnız Quranın deyil, başqa müqəddəs kitabların da - müxtəlif paralel tərcümələri vacibdir və bunun müsbət nəticəsi, mənfi nəticələrindən daha çoxdur.

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 79
Açar sözlər: tərcümə çevirim bibliya müxtəliflik təsir 
Bookmark and Share

Tapmacalı qəzəl

Yazar: Yolchu @ Yanvar 14, 2008 22:25

Aşağıdakı qəzəl Məsih inancının bir sıra qavramlarını şerin dili ilə ifadə etməyə çalışır. Onu zahirən anlamaq üçün Məsih inancını bilmənizə ehtiyac yoxdur, lakin onun daxilindəki yanğını görmək üçün Məsih inancının heç olmazsa bəzi anlayışlarını bilməniz sizə yardım edərdi. Bir növ tapmacaya bənzədirəm bu qəzəli. Cavabını Əhdi Cədid kitablarında taparsınız, əgər vaxtınız və həvəsiniz dərinə getməyə dəvət edirsə sizi. Ancaq məndən bir ipucu. Məsələn, mey xanəsi, yəni mey içilən ev, xanə, öz mövcudluğuna qan badəsinin dolduğu yerdə son verir. Qan badəsi İsa Məsihin həvariləri ilə birgə son yeməyinə və həmin yemək zamanı da şərab badəsini doldurub, onu öz qanıyla yoğrulmuş Yeni Əhdə bənzətməsini anladır. Şərab evi – meyxanə, həmin şərabın, qana döndüyü yerdə və badədə, Yerusalimdə və İsa Məsihin öz qanına bənzətdiyi şərab badəsində Yeni Əhdi gətirdiyi zaman yerə çökür, xərabata çevrilir. Niyə? Bunu siz tapın.Və ya başqa misal: Məsihin bizim hər birimizdə parəsi var, çünki biz Məsih yolunda olanlar ondan öyrənir, onun yoluyla getməyə can atırıq. Biz Məsih düşüncəsində beynimizi bu dünyanın eqoizmindən, mənafebazlığından, çirk və pasından yumağa çalışırıq. Məsihin məndə olması mənim Özümü Məsihdə əritmir yox etmir, çünki mən həm Özümdən, həm də Məsihdən xəbərdaram. Mən və Məsih iki varlığıq. Lakin mən Rəbbin Ruhunu da istəyirəm. Onun gəlişiylə bizim varlıq dövrəmiz qapanır, biz Rəbbi yaşayırıq, biz Üçləşirik. Və bu üçləşmədə biz BİRləşirik, çünki biz əzəldən birik. Bu birliyə, təkliyə ayılmaq lazımdır. Gerisini özünüz yozun.

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 88
Açar sözlər: qəzəl tapmaca məsihilik ilahi 
Bookmark and Share

   

      

    Bəs elə isə, İslam Məsihilikdən nə öyrənə bilər? İslamın Məsihilikdən öyrənəcəyi çox şey vardır. Biri elə götürək sekulyarizm, xüsusən də onun radikal və hər cür dini həyasızcasına və kökündən, heç bir güzəşt yeri qoymadan rədd edən formalarına necə və niyə reaksiya vermək məsələsini. Sekulyarizmin radikal şəkilləri eynilə dinin radikal formaları kimidir. Radikal sekulyarizm dini və bəşər övladının müqəddəslik təcrübəsini, anlam yaratma, anlam vermə və varlığın transsendental ölçüləri ilə münasibətə girmə təcrübəsini məhv edir.

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 80
Açar sözlər: islam məsihilik müqayisə 
Bookmark and Share

   

    

       Bu sual yəqin ki, bir çox müsəlmanlarda xüsusən də təkəbbürlülərində bir ağızbüzməyə səbəb olacaq. Onlara görə, “əsli pozulmuş”, “insanların tərk etdiyi din” İslama nə verə bilər ki? Ancaq məsələ göründüyü qədər əlüstü həll olunacaq haqq-hesab deyil. Bu essemdə mən əsaslandırmağa çalışacağam ki, İslamın əslində Məsihilikdən öyrənə biləcəyi çox şey var.Niyə İslamın Məsihilikdən öyrənəcəyi çox şey var və ümumiyyətlə buna ehtiyac varmı?

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 75
Açar sözlər: islam məsihilik müqayisə yararlanma 
Bookmark and Share

Məzmurlardan bir nəfəs

Yazar: Yolchu @ Yanvar 6, 2008 0:16

“...Sənə yalvarıram ya Rəbb,

 

Qulaq ver səsimə,

 

Lütfən cavab ver mənə!

 

Ürəyimdən bir səs duydum,

 

“Üzümü ara” dedin.

 

Budur, üzünü arayıram Ya Rəbb.

 

Üzünü məndən gizləmə,

 Qulunu qəzəblə geri çevirmə...”

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 87
Açar sözlər: şeir məzmur psalm tərcümə ilahi 
Bookmark and Share

  Yazılar cəmi: 11    Sonrakı səhifə »