Ənəlhəqqin Surəti
Yazar: Yolchu @ May 1, 2008 22:36“Ənəlhəqq” dedi onlar.
“Ənəlhəqq” deyənləri
Ya çarmıxa gərdilər,
Ya asıb kəsdilər,
Ya da dərilərini üzdülər.Asılıb – kəsilənlər Allahın Surətində yaradılımışdı...
Asıb- kəsənlərin də surətində Onun Adı yazılmışdı...
Lakin bir təcəlla fərqiylə:
Onlar nə İsa Məsih,
Nə Həllac Mənsur,
Nə də Nəsimiydilər...


