Reklam verin!

Girişsiz-filansız mətləbə keçim: kompüterim xarab olub. Daha dəqiq desəm, artıq o dünyalıqdır. Bilgisayar doxturlarının diaqnozuna görə ölmək vaxtı çoxdan çatıbmış. Ancaq düzünü desəm, heç gözləmədiyim vaxtda sıradan çıxdı – imtahanların gəlhagəlində müəllimlərin yazı-pozu üçün adamın üstünə şığıdığı vaxtda bilgisayarın sıradan çıxması adama yaman yer edir.

 

Deyəcəksiniz, bunun bizə nə dəxli. Əslində düzdür, bunun sizə bir dəxli yoxdur, ancaq o şərtlə ki, bu bloqdakı yazıları oxuyanlardan olmayasınız. Əks təqdirdə isə bu o deməkdir ki, bloqdakı yazılarımın müntəzəmliyi zəifləyə bilər, yazılar daha da qısalar. Vəftiz haqqında yazı hazırlayırdım növbəti post üçün ancaq bilgisayarın mən istəyəni deyil, fələk istəyəni sayması aranı qarışdırdı.

 Vəziyyətdən çıxış yolu... . Bu yazıda bəzi terminlərə aydınlıq gətirməyə çalışacam.

Daha sonrakı yazılarda isə yeni kompüter alana qədər sizi xristianlıqdan daha çox, əvvəllər yazıb-pozdugum, indi isə kiçicik bir fləsh – drayverə (bu sözün öz dilimizdə qarşılığını bilən varsa, yazsın mən hələ rast gəlməmişəm) sığışıb qalan - dijital arxivə topladığım - cızma – qaralarla tanış edəcəm. Həmin yazılarımın dindən daha çox ədəbiyyat, daha doğrusu qrafomanlığa dəxli var.

 

İndi keçək mətləbə. Mama dilimizdə İslamdan öncə yaranmış və İsa Məsihi vəhyin mərkəzi kimi görən dini bildirmək üçün bir neçə kəlimə işlədilir. Bunlara aiddir: İsəvilik, Məsihilik, Məsihiyyət, Xristianlıq və Məsih İnancı.

 

İsəvilik sözü İsa Məsihin adından – İsa sözündən yaranıb. Bu sözün qədim ibranicəsinin ərəbləşdirilmiş şəklidir və (Yeşua və ya Yeşayahu) “xilaskar” deməkdir. İsəvi bu sözə uyğun olaraq sözügedən dinin tanıtdığı şəkildə inanan birisinə verilən addır. Qədim ədəbiyyatda daha çox işləndiyini düşünürəm – eynilə musəvi, musəvilik sözü kimi. 

 

Məsihilik sözü mənim bildiyim qədərilə (yanıla bilərəm) son illərdə dilimizdə işlədilir. İsa Məsihə onun kimliyini anlatmaq üçün verilən addan törəmişdir. Qədim ibranicədəki Meşşiax sözünün ərəbləşdirilmiş şəklidir. Hərfi mənası və daha geniş izah üçün əski postlara nəzər salın.

 

Məsihiyyət sözü daha çox Güney Azərbaycanda işlədilir və güman ki farscadan alınmışdır, lakin eyni mənanı verir. Ərəb izi bu sözdə daha çox görülür (- iyyət sonluğu ərəbcədən gəlir).

 

Xristianlıq sözü ruscanın təsiri ilə dilimizdə işlədilir. Məsih sözünün yunanlaşdırılmış variantından (“Xristos” – “xristianstvo”) ərsəyə gəlmişdir.

 

Məsih İnancı söz birləşməsinə Xristianlığı anladan ad kimi çox nadirən və yalnız bəzi azəri isəvilərin nitqində rast gəlmişəm. Daha geniş mənaya malikdir və aşağıdakıları anlada bilər: 1) Qədim yəhudilərin Məsih deyilən bir şəxs haqda dini inancı – bu halda Məsih inancı söz birləşməsi musəvilikdəki konkret inancın bir parçasını anladır. 2) İsa Məsihin öz inancı – bu halda söz birləşməsi tarixi şəxsiyyət İsa Məsihin kimə inanması, necə inanmasını və özünü necə görməsini anladır. 3) insanların İsa Məsihin özünə və sözünə inanmasını, həm də ümumiyyətlə Onun kimi inanma(sı)nı ifadə edir. Bu halda baxılan söz birləşməsi İsa Məsihə məhz İncildə təsvir olunan və Kilisə ənənəsində tanıdılan şəkildə inanmanı nəzərdə tutur.

 Bir dinə dilimizdə verilən bu qədər ad variantları əslində toplumumuzun güzgüsüdür. Bu güzgüdə siz bizim toplumdakı fars, ərəb, rus təsirini açıqca hiss edə bilərsiniz.             


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 71
Açar sözlər: fələk bilgisayar xarab 
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha