Reklam verin!

Şah Dua

Yazar: Yolchu @ Aprel 11, 2008 1:48

    

Göylərdəki Atamız!

Sənin adın Uca olsun

Şahlığın bərqərar olsun

İradən - göydəki kimi -

Yerdə o da qoy var olsun

Yetir bu gün

Bizim günlük çörəyimizi,

Bağışla bizi -

Biz ki əsirgəmərik

“Borc olsun!”

dediklərimizdən

Əfvimizi.

Azdırma bizi

Qurtar şeytandan bizi

Çünki ağalıq,

Güc və ucalıq

Sonsuzadək Sənindir

Amin!

Bu İsəviliyin önəmli dualarından birinin səthi tərcüməsidir. Daha doğrusu üzərində çox işləməmişəm və bloq ziyarətçilərini məsihiliyin önəmli dualarından birilə tanış etmək üçün ümumi şəkildə, detallarına varmadan tərcümə etmişəm. Duanın özündə şeirlik var mən də buna uyğun tərcümə etməyə çalışmışam. Bu dua isəviliyin ən əhəmiyyətli dualarından biri, bəlkə də birincisidir deyə bilərəm. Özünə hörmət edən hər bir isəvi bu duanı əzbər bilir. Xristianlar bu duanı bəzi ibadətlər zamanı istifadə edərlər, lakin fərdi ibadətdə də işlədilir. Mənim bu dua ilə bağlı maraqlı xatirələrim var və mənim üçün bu dua gücü, birliyi, İlahiyə tərs inancı təmsil edir. “Ağanın duası” adıyla bilinir.  Bəzən xristianlar bu duanı söylədiklərində əl-ələ tutarlar ya biri-birilərinin çiyinlərinə əllərini qoyarlar – məqsəd toxunaraqdan, fiziki səviyyədə biri-biri ilə münasibətə girməkdir. Daha sonra hər kəs ucadan, xorla bu duanı oxuyar. Gözünüzün önünə əl-ələ tutmuş, uca səslə dua edən 15-25 insan gətirin. Başqaları ilə birlikdə, onları hiss edərəkdən, bütöv bir bədən kimi, bir vahid canlı orqanizmə çevrilərəkdən dua etmək.

Bir sıra yazarlar, teoloqlar bu dua ilə İslamdakı Fatihə arasında oxşarlıqlar olduğunu qeyd edirlər. Siz belə oxşarlıq tapsanız xəbər edin... .  
 


Bölməsiz | Şərhlər(1)
Baxış sayı: 81
Açar sözlər: dua xatirə əsas tərcümə 
Bookmark and Share

1
Niyaz yazıb:

Salam Image!

Yeqin bu cur muracietim seni incitmez. Xristianliq da sulhu teblig edir axi... Islamdaki sureler, ayeler ve dualarla xristianligin dualari arasinda bu cur hem exlaq normalarina, hem de sher'i ve fiqhi-huquqi meselelere gore oxsharliq tebiiedir. Chunki her iki din iudaizmle beraber Sami (semit) muhitindeki mifoloji baxishlarin esasinda formalashib. Yeni qaynaqlari eynidir. Bu cur ortaqliqlari chox tapmaq olar, sadece meshgul olmaq lazimdir. Senin teqdim etdiyin dualardan, mence, bedii baximdan daha tesirli Turk dilinde dualar xristianliga hele chox-chox esrler evvel girmish (ozu de oz istekleri ile girmish) Turklerin dini edebiyyatinda movcuddur, onlardan da yararlana bilersen. Bunlarin arasinda Oleksandr Qarkavetsin qipchaq qriqorianlar haqqinda kitablar da maraqlidir. Bilmelisen ki, hemin qipchaqlar uzun muddet, ele indinin ozunde de ermeni kimi teqdim edilirler. Lakin onlarin etnik baximdan Turk-Qipchaq olmalari en azindan etnologiyanin qanunlari achisindan shubhe dogurmamalidir ve bu sahe genish oyrenilmelidir. O ki qaldi, senin Bernard Lewisin fikirleri ile bagli mene gonderdiyin suala, eger mumkun olsa, elektron unvanini yaz, men onun ingilisce bir sira yazilarini ve ona sherh xarakterli meqalelerin elektron metnini gonderim, bax ve netice chixar.

Niyaz Qaraoyneli

www.qaraoyneli.azeriblog.com

May 13, 2008 18:36


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha