Reklam verin!

İnsanın nağılı

Yazar: Yolchu @ Dekabr 28, 2007 8:38

İnsanın içində, onun varlığının dibində və ya qəlbinin bir küncündə nə var görəsən? Sadəcə ət? Bədənin daxili orqanları? Bunlardan bütün canlılarda var. İnsanın başqa canlılardan kəskin fərqlərə malik olduğunu söylərsəm, yəqin təzə Azərbaycan kəşf etmiş olmaram. Bəs onu fərqləndirən nədir? Ağıl? Ola bilər. Başqa? Bilmirəm. Ancaq mən bunu bilirəm ki, insanı başqa canlılardan hər nə fərqləndirirsə, həmin fərq həm də insanın qiymətini ərsəyə gətirir, onun ziynətini ortaya çıxarır. Həmin fərq insanın bir varlıq kimi dəyərini yaradır və insanı dəyərli edir. İnsanın dəyəri onun həmin fərqindən qaynaqlanır. Bibliya insanı dəyərli edən həmin bu fərqi, özəlliyi bir müsəlman üçün küfr sayıla biləcək bir şəkildə ortaya qoyur. Həmin bu fərq bizi həm yüksəldir, həm də bizim üzərimizə sorumluluq qoyur. Nədir insanı dəyərli edən, onu başqa canlılardan fərqləndirən və ümumiyyətlə insanı insan edən həmin bu fərq?

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 86
Açar sözlər: insan ilahi kimlik bənzərlik 
Bookmark and Share

Teologiya qısaca və ən ümumi şəkildə deyilsə, Yaradan və ya Allah, Əzəl Başlanğıc haqqında düşünmə şəkli, sənəti, elmidir və ya bilimdir. Bu klassik teoloji/teologiya anlayış(ı) olmasa da geniş sahə kimi, teologiyanın bir parçası olan iç teologiyanı (theology proper) anlamağa kömək edir. Çaşdaş dövrdə teologiya sadəcə Yaradanı deyil, həm də insan, varlıq, kosmos və onların biri-birinə münasibəti məsələlərini əhatə edir. Lakin, teologiyanın hələ də əhəmiyyətini itirməyən və onun klassik anlayışı hesab olunan konsept Kenterburili Anselmdən gəlir. Latin Qərbinin teologiyasının sütunlarından biri olan Anselm teologiyanı anlamağa çalışan inanc kimi izah etmişdi. Bu halda teologiya konkret olaraq Yaradanı anlamağa çalışan dini inanc kimi şərh edilmişdi. Onun izah etdiyi aspektdən teologiya məhz yunan mütəfəkkirlərinin əql, din və vəhy qavramlarına uyğun şəhr idi və vəhyin inanc işığında əqllə anlaşılması cəhdi, təcrübəsi deməkdir.

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 75
Açar sözlər: teologiya anlayış şərh inanc rəqs 
Bookmark and Share

Adsız hiss

Yazar: Yolchu @ Dekabr 21, 2007 5:06

Sus,

Rəbbin hüzurunda

Durma onun önündə

Yalançı qürurunda

Sus! 

Gəl,

Onun eşqindən,

Yanıb-tutuşub

Qorxma qəzəbindən,

Gəl!

 Öl,

Məsihin qanında

Diril

 Ölüm anında

Ol! 

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 88
Açar sözlər: şeir hiss adsız ilahi əlaqə 
Bookmark and Share

Bibliya və şərh - 4

Yazar: Yolchu @ Dekabr 16, 2007 0:05

Bu nitq öz-özlüyündə İsəviliyin ən ümumi şəkildə və ya belə demək mümkünsə, sıxılmış şəkildə ana çərçivəsini, ifadə edir. Həvari nitqinə girişi Rəbbin ən əsas, ən əhəmiyyətli keyfiyyətini vurğulamaqla başlayır: O Yaradandır. Yaradan olaraqdan o, hər şeyə rəvac vermişdir. Rəbbin Yaradan olması həm də onun totallığında ifadə olunur. O bəzi şeyləri deyil, hər şeyi yaratmışdır. Hər şey ya dolayı, ya da düzünə onun işidir, onun kainat düzənində qoyduğu qaydaların, prinsiplərin məhsuludur. İnsanın yaratdığı hər şey məhz Yaradanın insana verdiyi və insan üçün müəyyən etdiyi həddlər çərçivəsində mümkündür. Yaradan həm də Müqəddəs Ruh vasitəsilə insanların həyatına müdaxilə edir və onların yaratmasında iştirak edir, insanlara gərəkdiyi zaman ilham verir. O həm də hər şeyin son sahibidir. Bir qayda olaraq, insanlar içində olduqları proseslərdə, hadisələrdə özlərini ağa, sahib görərlər. Lakin bu teoloji baxış bucağından doğru deyil. Hər şeyin sahibi məhz Rəbbdir. Çünki o hər şeyin yaradıcısıdır, hər şeyin istər fiziki, istərsə də bioloji həddlərini məhz o müəyyən edir - hətta insan bunları dəyişsə də belə, bunlar Yaradanın planından kənarda baş vermir.

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 72
Açar sözlər: bibliya paulos afina tərcümə şərh 
Bookmark and Share

Tərcümə və şərh-3

Yazar: Yolchu @ Dekabr 14, 2007 0:45

Bu mətn Həvari Paulosa məxsus olsa da özünün çox ilginc bir özəlliyi ilə hər zaman teoloqları düşündürmüşdür. Həvari Paulosun təlimi və ya öyrətisi bir sıra qabarıq xüsusiyyətlərə malikdir ki, onlardan ikisi bu mətndə öz əksini tapmamışdır. Onlardan biri Həvarinin öyrətisində mərkəzi yeri alan İsa Məsih, digəri isə günah qavramıdır. Həvarinin Məsih İsaya inanması çox dramatik bir qarşılaşma nəticəsində baş vermişdir və bu günkü İsəvilikdə Rəbb İsanın necə anlaşılması bir yandan da Həvarinin adıyla, daha doğrusu onun məktublarıdakı öyrətisi ilə bağlıdır. O, hər zaman İsa Məsih üzərinə fokus olmuş və ondan çox bəhs etmişdir. İsa Məsihin Xilaskar kimi rolu, imanlılar icması İsanın bədəni kimi, İsa Məsih ikinci Adəm kimi və s. bu kimi teoloji qavramlar və mistik təcrübənin metaforik anlatımları məhz ona aiddir.

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 81
Açar sözlər: bibliya çevirim paulos afina areopagit 
Bookmark and Share

Tərcümə və şərh - 2

Yazar: Yolchu @ Dekabr 12, 2007 5:18

Mətn əslində Bibliyada müstəqil mətn vahidi kimi keçmir. Bizim daha öncəki postda tərcümə etdiyimiz mətn həvari Paulosun Afinada başına gələn macəranın bir parçasıdır. Bibliyaya görə, həvari Afinada öz yoldaşlarının gəlməsini gözlərkən şəhərdə gəzirmiş və bu zaman şərəhin bütlərlə dolu olmasını görür. Bu onu narahat edir. Buna görə də Afinanın bazar və meydanlarında afinalılarla (mətnə görə onların arasında Stoiklər və Epikurçular da varmış) mübahisə etməyə başlayır. Afinalıların diqqətini çəkən həvari Paulosu sonunda daha da ciddiyə alırlar və onu Areopaga gətirirlər və öyrətdiyinin onlara yeni göründüyünü söyləyib, anlatmasını istəyirlər. Həvari Paulos o zaman bizim tərcümə etdiyimiz məşhur nitqini söyləyir.

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 303
Açar sözlər: bibliya çevirim paulos ekzegetika 
Bookmark and Share

Tərcümə və şərh - 1

Yazar: Yolchu @ Dekabr 9, 2007 3:10

Aşağdakı mətn-tərcümə Bibliyanın, daha doğrusu Yeni Əhdin bir parçası olan "Həvarilərin Əməlləri" kitabından, parça 17, cümlə 22-34-dən alınmışdır (Həvarilərin əməlləri 17:22-34).  Buna exegesis (ekseqesis) deyilir, təxmini olaraq, islamdakı təfsir anlayışına uyğun gəlir. Lakin exegesis-in İslamda ənənəvi mənada başa düşülən təfsirdən bəzi fərqləri var. Öncəliklə, exegesis (eksegetika) bir qayda olaraq textual criticism (mətni ələmə) çərçivəsində yazılır. Azərbaycanda tənqid, kritika sözü bir qayda olaraq, mənfi çalara malikdir və bir şeyin nöqsanlarını açıb göstərməyi və s. içinə alır. Bibliyaşünaslıqda və Teologiyada isə textual criticism mətni daha çox elmi-rasional üsulları tətbiq edərəkdən, onu mərkəzə qoyaraqdan analiz etməni və onun fonu, tarixi (background-u), mənası ilə bağlı bir şeylərin öyrənilməsini nəzərdə tutur. Buna görə də mən burda textual criticism mənasında "mətni ələmə" sözünü işlədəcəm, azəricədəki "ələmək" felini əsas götürərəkdən. Şərh sözünü exegesis mənasında işlədəcəm. Şərh həm elmi məqsədlər üçün, həm də sırf və"əz (moizə) etmək (preaching) məqsədləri üçün həyata keçirilir (onların arasında müəyyən fərqlər də olur). İkincisi, mənti ələmə və şərh ilə İslamdakı təfsir arasındakı fərq həm də mətnə müxtəlif mövqelərdən yanaşmaq və yeri gəldikdə, onun dar mənada tənqidetmə imkanının olmasıdır - bu mənada mətni ələmə və şərh dini müddəalara və postulatlara bağlı deyil (islam təfsirindən fərqli olaraq).  Bunu niyə yazıram? Sadəcə Müqəddəs Kitabın mətni altında yatan və bir çoxlarımıza bəlli olmayan zənginliyinə azacıq da olsa işıq tutmaq üçün. Bibliya 30-40 ilin içində deyil, yüz illər ərzində yazılmış kitablar məcmusudur. O, uzun bir tarix dövründə, Rəbbin insanlarla münasibətində naxışlaşan, hər iki tərəfin insan ruhuna və gözəgörünməzliyə həkk etdiyi izlərin əksidir. Onu yazanların sayı aşağı-yuxarı 40 qədər müəllifi əhatə edir. Bu müəlliflərin arasında müxtəlif sinifləri, peşələri, etnik qrupları, təmsil edən insanlar var. Bu kitablar insanların Rəbbə olan şikayətini, sevgisini, qorxusunu, hətta Ona üsyanını, insanlarla Yaradan arasında baş verən olayları, Rəbbin insanlara müaricətini və Tanrının özünü açmasını və s. və ia əhatə edir. Bu kitablarda siz şer, hekayət, məktub, tapmaca dilində yazılmış yazılara rast gələ bilərsiniz. Bu müxtəliflik İsəviliyin gözəlliyidir. Və bu bilinməyə dəyər bir keyfiyyətdir... Keçək mənim etdiyim tərcüməyə.

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 99
Açar sözlər: paulos tərcümə çıxış afina yunan 
Bookmark and Share

Əhdə vəfa

Yazar: Yolchu @ Dekabr 6, 2007 4:29

Ya Rəbb əhd eylədin, əhdinə qılsan vəfa!

 Gəl görün ruhuma sən, canıma eylə şəfa.

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 122
Açar sözlər: qəzəl məsihi sufi 
Bookmark and Share

İsa - Məsih inancının kökündə duran insanın adıdır. Məsih İnancı İsa Məsihin özünün, həyatının və öyrətdiklərinin şərhi əsasında yaranmışdır. İsa Yaradanı bizə öz əməllərində və həyatında, qısacası özündə tanıdan birisinin adıdır. Bu ad əsasən Quranda, İslamda və Məsihiliyi sonradan qəbul etmiş islam kökənli məsihilərin arasında işlədilir. Hərfi mənası Kenneth Cragg-in yazdığına görən tam aydın deyil. Daha doğrusu İsa sözünün hardan gəlməsi tam olaraq aydın deyil. Bununla yanaşı bəzi izahlara görə bu sözün ibranicədəki əslinin dəyişikliyə uğramış şəkli də ola bilər.  

Davamı...


Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 108
Açar sözlər: izah sözlər məsih yeşaya meşşiax 
Bookmark and Share

  Yazılar cəmi: 9