Əziz dostlar,
Buna qədər bloqda yazılan bütün ismarışlar və ya postlar əsasən giriş xarakterli olub, bir sıra stereotiplərə və teoloji ittihamlara münasibət açıqlamaq (apologetik aspekt) və eləcə də məsihilik/isəvilik/xristianlıq/məsih inancı haqqında bir sıra elementar bilgilər vermək məqsədi güdürdü.
Bundan sonrakı yazılarda isə bilavasitə məsihiyyət (daha çox iranda işlədilir bu söz) haqqında məlumatlar verməyə çalışacağıq.
Vaxtınız, həvəsiniz və marağınız varsa, lütfən bloqda keçirdiyimiz sorğuya qatılın, cavab verin və həm sizin, həm də bizim maraqlarımız daxilində olan, öyrədici bloq hazırlanmasında bizə məsləhət edin. (suallarla tanış olmaq üçün sağ sütuna diqqət yetirin).
