Mama dilimizdə belə bir qəribanə deyim var: “çoxluq p-xluqdur” özəl bir mövzu, predmet və s.-ni içərmədiyindən sanki universalmış kimi hər haqq-hesabla bağlı işlədilməsi mümkündür bu deyimin. Məsələn, deyək ki, səs-küyün çoxluğu bədənimizdən çıxana çevrilə bilər, bəs fikirlərin çoxluğu necə? Əslində bu deyim çoxluğun problem olmasını və ya problemə çevrilmək imkanını ifadə edir. Necə deyərlər, daha biz nə deyə bilərik ki... . Amma çoxluq hər zaman arzuolunmaz şeyə çevrilməz, çətin də olsa çoxluğu müsbətə, arzuolunana da çevirmək olar. Çoxluq belə demək mümkünsə, sadəcə kəmiyyətcə çoxluq deyil, həm də keyfiyyətçə çoxluq yəni müxtəlifliyin çoxluğu, fərqli olan fikirlərin, ideyaların, düşüncələrin çoxluğudur. Çoxluq həm də bir-iki hərfini oynatmaqla iqtisadi dilə, qavrama az da olsa tərcümə oluna bilər...bolluq şəklində. Çağdaş dünya keyfiyyətli çoxluğu demokratiyanın, keyfiyyətli bolluğu isə iqtisadi gəlişmənin əsası hesab edir.
Davamı...Bir dindarın özünə və inancına ilişgin yol verə biləcəyi ən önəmli səhvlərin bəzilərini cilallanmamış şəkildə bloqa yerləşdirirəm. Yeri gəlmişkən, pastoral sözünün nəyə istinad etdiyini lütfən özünüz müəyyənləşdirin. Geniş mənası var və bir az əziyyət çəkib axtarsanız bu barədə maraqlı yazılar tapacaqsanız.
1. Dindarlığından dolayı, özünü Yaradana hamıdan və ya bir çoxlarından yaxın görmək.
2. Dindar olub kilisəyə və məscidə getməsindən ibadət etməsidən və ya namaz qılmasından dolayı başqalarını və onların dinə münasibətini açıq, aqressiv və kateqorial şəkildə mühakimə etmək. Davamı...Eynilə İslam kimi, Məsihilik də tarixin keşməkeşində parçalanmış, bölünmüşdür –İsa Məsihin bədəni çarmıxdaykən Roma əsgərinin onu deşməsi kimi, kilisəni fərqli hərəkatlar, dəlmə-deşik edib, bölüb.
Dünyanın demək olar ki, bütün din, intellektual hərəkat və sistemlərində müşahidə olunan bu fenomen fərqli səbəblərdən qaynaqlanır. Ən geniş mənada buraya siyasi, teoloji, iqtisadi-sosial səbəbləri aid etmək olar.
Davamı...Vəftiz və ya xaç suyuna salınmaq/çəkilmək Məsih inancının önəmli gizləntilərindən biridir. Mürəkkəb mənaya malik olan vəftizin anlamı haqqında çoxlu fikirlər var.
Bir qayda olaraq bir insan Məsihiliyi qəbul etdiyi zaman və ya özünü Məsihə həsr etmək barədə qərar qəbul etdiyi halda vəftiz olunar. Həm yaşlıları, həm körpələri vəftiz etmək mümkündür. Məsihiliyin əsas qollarında yalnız bir dəfə vəftiz olunmağa haqq tanınır.
Davamı...Heç diqqət etmisinizmi İsa Məsihə istinad etmək və ya onu müəyyən şəkildə xatırlatmaq necə də artıb bizim mətbuatda? Artıq ona həsr olunan şeirlər də var – mən özümdən danışmıram, söhbət ya sekulyar və dinlə məşğul olmayan, ya müsəlman ya da ateist və s. və ia şəxslərinn şeirlərindən gedir. Bu gün məsələn kult.az-da Əsəd Cahangirin öz yazısında İsa Məsihi xatırlatmasına rastladım. Bir neçə həftə bundan əvvəl Cavidan öz bloqundakı şeirində, Nəsimidən və İncildən (Məsihdən) alıntıları bir araya gətirmişdi. Daha öncə də Elmin Həsənlinin İsa Məsihdən, xəyatəndən bəhs edən (daha doğrusu bunları da içinə alan) şeirini oxuduğumu xatırlayıram. Bir dəfə də Xaqani Hasın bir məqaləsində - deyəsən sekulyarizmdən bəhs edirdi - İsa Məsihə istinad edilmişdi. Bunlar əlüstü xatırlaya bildiklərimdir. Bir az dərinə gedən əminəm ki, daha çox misal tapar.
Beləliklə, İsa Məsih, özü də xristian mövqeyindən anlaşılan İsa Məsih, mətbuatımızda yavaş-yavaş boy göstərir. Davamı...Menyu
Blog Haqqında

Bu bloqun qələmi "çox da ürəyinə salma" üslubunda yazıb-pozduğundan yazı-pozu qaydalarını çox da ürəyinizə salmayın. Yanlış da bir naxışdır...
Daha dərinə getmək istəyənlər üçün:
teosohbet@yahoo.com
ələk-fələk et
Bölmələr
köhnə - kürüş
- İyul 2008 (3)
- İyun 2008 (5)
- May 2008 (7)
- Aprel 2008 (6)
- Mart 2008 (6)
- Fevral 2008 (5)
- Yanvar 2008 (11)
- Dekabr 2007 (9)
- Noyabr 2007 (14)
Keçidlər
- yolgöstərən kitablar (54)
- Bibliyazəri (73)
- Balığı at dəryaya... (128)
- tarixə bir baxış (60)
- Inanc və Əql (61)
- yenə də həmin haqq-hesab (57)
- teizm, ateizm və rasionalliq (57)
- İslam fəlsəfəsindən yarpaqlar (63)
- "Christian Century" (62)
- "Christianity Today" (52)
- Məsihilik və İslamın ortaq sözü (66)
- katoliklərimiz də var (74)
- protestantlarımız da var (95)
- teologiya və inanc (120)
- təcrübi teologiya (99)
- məsihçinin kitabxanası (44)
Dost bloglar
Sayqaç
- İndi blogda: 2
- Keçən ayın hiti: 2767
- Dünənki hit: 82
- Bugünki hit: 74
- Ümumi hit: 15014